"Aris"in baş məşqçisi: "Futbolçularım rəqibə sakit nəfəs almağa imkan vermədi"

“Bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Gözlədiyimiz oyunu gördük. Start əsəbi alındı. İlk dəqiqələrdə hər şey istədiyimiz kimi getmirdi. Pressinq lazımı səviyyədə deyildi. İkinci yarıda isə oyunda diqtə edən tərəf olduq. İstədiklərimiz alındı. Qalib gəldik, amma daha çox qol vura bilərdik. Xüsusilə də son dəqiqələrdə. Hesab olduqca təhlükəlidi. Bizi cavab oyunu gözləyir. Bakını görmək istəyirəm.  Bilirəm ki, gözəl şəhərdi”.

Newsport.az xəbər verir ki, bu sözləri “Aris”in baş məşqçisi Aleksey Şpilevski Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” ilə oyunundan sonra deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Son dəqiqədə üçüncü qol şansını əldən verdiniz. Sizcə, məhz həmin epizod sonda həlledici olacaq?
- Bu məqama görə məyus olduğumu deyə bilmərəm. Qol vura biləcəyimiz başqa epizodlar da oldu. Bu, cütün taleyi üçün həlledici olacaq? Ümidvaram ki, yox. Futbolçularıma hesabın təhlükəli olduğunu dedim. Layiqli oyun oynadıq.

- Bu cür zəif və hazırlıqsız rəqib gözləyirdiniz?
- Bu haqda danışmaq hörmətsizlik olardı. Rəqib bizim imkan verdiyimiz qədər güclüdü. Hər zaman da futbolçularıma bunu deyirəm. Futbolçularım rəqibə sakit nəfəs almağa imkan vermədi. Rəqibin prinsipini, oyunu necə quracağını bilirdik. Onların qarşısını alıb, planlarını poza bildik. Ona görə də onlar planlaşdırdıqlarına nail ola bilmədilər.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right