Elmar Baxşıyev: "Oyunçularımız ikinci yarıda rəqibin təzyiqinə tab gətirə bilmədilər"

"Qəbələ" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyununda səfərdə Macarıstanın "Fehervar" klubuna 1:4 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- İki fərqli hissə izlədik. İlk hissədə istədiklərimizi meydanda göstərə bildik. İkinci yarıda oyunçularımız rəqibin təzyiqinə tab gətirə bilmədilər. Ümumi götürəndə, komanda formalaşmaqdadı. İnanıram ki, gələn oyunda daha da məzmunlu oynayacağıq.

- Komandanın növbəti mərhələyə yüksəlmək şansı nə qədərdi? 

- Əlimizdən gələnin maksimumunu edəcəyik.

- İlkin Qırtımovun vəziyyəti nə yerdədi? Azarkeşlərin onu meydanı tərk edərkən alqışlamasına necə baxırsız? 

- Azarkeşlərin hərəkəti alqışalayiq idi. Göstərdilər ki, futbolu bilirlər. Mən də azarkeşlərə çox sağol deyirəm. İnsanlığa yaraşan hərəkət etdilər. İlkinin vəziyyəti ilə bağlı məlumatımız yoxdu. Ümid edirik ki, yaxşıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right