“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrail "Makkabi"si (Təl-Əviv) ilə oyundan əvvəl komanda üzvləri ilə görüşüb.
Newsport.az-ın məlumatına görə, bu barədə o, özünün "Tvitter" hesabında paylaşım edib: “Komandamız UEFA Konfrans Liqasında mübarizəyə İsrailin “Makkabi” klubu ilə oyunla başlayır. Oyun öncəsi futbolçular və məşqçi heyəti ilə görəşərək komandaya uğurlar, ruh yüksəkliyi və azarkeşlərin gözlədiyi müsbət nəticə arzuladıq. Uğurlar “Zirə”!”.
Qeyd edək ki, bu gün "Dalğa Arena"da keçiriləcək "Zirə" - "Makkabi" (Təl-Əviv) görüşü saat 20:00-da başlayacaq.

