"Makkabi"nin futbolçusu: "Bura qələbə üçün gəlmişik"

İsrail "Makkabi"sinin (Təl-Əviv) futbolçusu Şeran Yeyni sabah Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Zirə"yə qarşı keçirəcəkləri ilk matç öncəsi açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı müdafiəçi oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib: "Üçüncü dəfə Azərbaycana gəlirəm. Çalışacağıq ki, ən yaxşı oyunumuzu nümayiş etdirək . Bura qələbə qazanmaq üçün gəlmişik. Hər oyunda qələbə qazanmaq istəyirik. Sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək. Azərbaycanda keçirdiyim əvvəlki görüşlərdə qələbə qazana bilməmişdim. 0:0 və 1:1 hesabı qeydə alınmışdı".

Qeyd edək ki, iyulun 21-də “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right