“Fehervar” - “Qəbələ” oyunu canlı yayımlanacaq

Sabah "Qəbələ” Avropa Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın macarlarla səfər matçının canlı yayımlanması məsələsi müsbət həllini tapıb.

"CBC Sport" telekanalının təşəbbüsü ilə qarşı tərəflə aparılan danışıqlar nəticəsində oyunun Azərbaycanda yayımlanmasına qərar verilib.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-dan etibarən “CBC İnternational” telekanalının canlı efirində olacaq.

Tərəflər arasında cavab oyunu bir həftə sonra Qəbələdə keçiriləcək. Həmin görüş də “CBC İnternational”la canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right