Voyislav Stankoviç: "Kiprə nəyə görə gəldiyimizi çox yaxşı bilirik"

"Oyuna çox yaxşı hazırlaşmışıq. Rəqibi də yaxşı analiz etmişik. Kiprə nəyə görə gəldiyimizi çox yaxşı bilirik. İki-üç həftəlik ağır toplanış keçmişik. Düşünürəm ki, sabah buradan yaxşı nəticə ilə ayrılacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Voyislav Stankoviç Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Aris"lə oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

Serbiyalı futbolçu Limassol təmsilçisi ilə matç haqda danışarkən, komandadakı problemləri aradan qaldırmaq istədiklərini də söyləyib: "Yeni oyunçularımız gəlib. Onların gəlişilə də birlikdə komandadakı problemləri aradan qaldırmağa çalışacağıq ki, daha az qol buraxaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right