"Fehervar"ın kapitanı: "Sabah bizi çətin oyun gözləyir"

"Fehervar"ın kapitanı Attila Fiola Avropa Konfrans Liqası II təsnifat mərhələsinin "Qəbələ" ilə matçından öncə keçirilən mətbuat konfransında açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 32 yaşlı cinah müdafiəçisi sabah onları çətin oyunun gözlədiyini deyib:

 

"Bu il hazırlığımız daha uzun çəkdi. Komandaya yeni futbolçular gəldiyi üçün onların bir-biri ilə tanış olmaq üçün daha çox vaxtı olub. Hiss edirəm ki, hazırlıq görüşlərimiz yaxşı keçdi, son matçda isə təkcə nəticə yox idi. Əminəm ki, "Qəbələ"yə qarşı da eyni şəkildə yaxşı çıxış edəcəyik. Sabah bizi çətin oyun gözləyir. Beynəlxalq səviyyədə asan matçlar yoxdur".

 

Sabah “Mol Arena”da oynanılacaq “Fehervar” – “Qəbələ” matçı Bakı vaxtilə saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right