"Qəbələ" - "Fehervar" matçının biletləri satışa çıxarıldı

"Qəbələ"nin Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində evdə "Fehervar"a qarşı keçirəcəyi matçın biletləri artıq satışdadı. 

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiymətləri sektorlara görə 2,3 və 10 manat təşkil edir.

Biletləri "Qəbələ Hotel"də yerləşən klubun fan-şopundan və Qəbələ şəhər stadionunda satışdadı.

İyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right