"Qəbələ" sabah Macarıstana gedəcək

2022-2023-cü illər mövsümünə Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” qonşu ölkənin Bolu şəhərində təşkil olunan hazırlıq prosesinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb. 

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları icra ediblər. 

“Qəbələ” sabah səhər saatlarında baş tutacaq hazırlıq prosesi ilə Boludakı təlim-məşq toplanışını başa vuracaq. Ardınca komanda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar”la ilk oyununun keçiriləcəyi Macarıstana yollanacaq. Bu görüş iyulun 21-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right