"Aris"in yarımmüdafiəçisi "Neftçi"yə qarşı oynamayacaq

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan "Aris" ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, Kipr təmsilçisinin yarımmüdafiəçisi Karol Struski zədələnib. Limassol klubunun polşalı futbolçusu əməliyyat olunacaq və azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

"Aris"in hücumçusu Şavi Babik də zədə səbəbindən "Neftçi"yə qarşı oynamayacaq.

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyunu iyulun 21-də Kiprdə keçirəcək. Cavab oyunu bir həftə sonra Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right