"Aris"in forvardı: "Ümid edirik ki, "Neftçi" ilə oyunda nəticə bizim üçün müsbət olacaq"

"Aris"in forvardı Miklali Mayambela Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi" ilə oyunu barədə danışıb.

Newsport.az-ın məlumatına görə, Kipr mətbuatına danışan 25 yaşlı forvard bunları deyib:

"Bir neçə həftə çətin hazırlıq keçdik. Ancaq "Neftçi" ilə oyunlara hazırlaşmaq baxımından düzgün yoldayıq. Komanda hazırdı və ümid edirik ki, "Neftçi" ilə oyunda nəticə bizim üçün müsbət olacaq. Bu matçlara hazır olmaq bizim üçün vacibdi. Qalır meydançaya çıxıb öz işimizi görmək. "Aris"ə keçməyimin səbəblərindən biri də komandanın avrokuboklarda çıxış etməsidi. "Aris" avrokuboklarda ötən mövsümkündən daha yaxşı çıxış etməlidi". (Kerkida)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right