"Qarabağ"ın sabiq futbolçusunun çalışdırdığı klub ermənilərə qalib gəldi

Konfrans Liqasının 1-ci təsnifat mərhələsində mübarizə aparan Şimali Makedoniya təmsilçisi "Şkendiya" "Ararat"a qalib gəlib.

Newsport.az-ın məlumatına görə, şimali makedoniyalılar Ermənistan klubuna evdə 2:0 qalib gəlib.

"Şkendiya" evdə Adenis Şala və Valmir Nafiunun qolları ilə səfər oyunuöncəsi sərfəli nəticə qazanıb.

Hazırda Şimali Makedoniya klubunun idman direktoru və baş məşqçisi Artim Şakiridi. Futbolçu karyerasında son klubu “Qarabağ” olan Artim “Şkendiya”dan öncə “Şaffhauzen” klubunu çalışdırıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right