"Makkabi" - "Zirə" matçında anşlaq olacağı gözlənilir

Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Makkabi” (Tel-Əvi) və “Zirə” komandalarının cavab oyununda anşlaq olacağı gözlənilir.

Newsport.az-ın məlumatına görə, 29400 azarkeş tutumuna malik olan Tel-Əvivin "Blumfild" stadionunun tam dolacağı gözlənilir.

Artıq 18 min azarkeş növbəti mövsüm üçün abunəliklərini yeniləyib. İsrailli həmkarlarımızın yazdığına görə, oyuna qədər isə bütün biletlər də satılacaq və oyun zamanı tribunalar dolu olacaq.

"Zirə" – "Makkabi" matçı iyulun 21-də “Dalğa Arena”da keçiriləcək. Cavab matçı isə iyulun 28-də Tel-Əvivdə oynanılacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right