"Makkabi"nin hücumçusu "Zirə" önünə çıxmaya bilər

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" komandaya altı il sonra geri qayıdan Eran Zahavinin xidmətindən ilk oyunda istifadə etməyə bilər.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı hücumçunun kollektivlə məşqlərə qoşulacağı tarix hələ ki, dəqiqləşməyib. O, zədədən sonra hələ tam bərpa olmayıb.

"Zirə"nin "Makkabi"yə qarşı ilk oyunu iyulun 21-i saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Cavab matçı isə iyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda Bakı vaxtilə 21:30-da oynanılacaq. 
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right