Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" yoxlama görüşündə qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, Macarıstan təmsilçisi Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşıb. Matç istanbulluların 3:0 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk oyunu iyulun 21-də səfərdə keçirəcək. Bu komandalar arasında cavab görüşü isə iyulun 28-də Qəbələdə olacaq.