“Qəbələ” “Aşdod”un futbolçusunu transfer edə bilər

UEFA Konfrans Liqasında mübarizə aparacaq “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” İsrailin “Aşdod” klubunda çıxış edən Fares Abu Akellə maraqlanır. Xəbərdə bildirilir ki, 25 yaşlı yarımmüdafiəçi “Qəbələ” ilə müqavilə imzalayacaq. Abu Akelin artıq Azərbaycana gəldiyi də bildirilib.

Daha əvvəl İsrail mətbuatı Fares Abu Akellə “Neftçi”nin maraqlandığını yazmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right