Jezniçak: "Lex" "Qarabağ"dan qorxa bilməz"

"Qarabağ"ın polşalı sabiq futbolçusu Yakub Jezniak Ağdam təmsilçisinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah "Lex"lə (Poznan, Polşa) keçirəcəyi ilk matç barədə danışıb. 

Newsport.az-ın məlumatına görə, hazırda "Visla"da (Plok, Polşa) çıxış edən 36 yaşlı müdafiəçi meczyki.pl-a açıqlamasında "Qarabağ"ın çətin rəqib olduğunu deyib: 

"Düşünürəm ki, püşkatmada "Lex"ə potensial rəqiblərdən ən çətini düşdü. Fikirləşirəm ki, komandanın bəxti gətirməyib. Daha münasib rəqib düşə bilərdi. "Lex"i bu ilk turda çox çətin bir yol gözləyir. Amma "Lex" Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasının qrup mərhələsində oynamaq haqda düşünürsə, "Qarabağ" kimi komandadan qorxa bilməz".

Qeyd edək ki, sabah Polşadakı “Poznan” stadionunda keçiriləcək “Lex” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İyulun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right