"Qəbələ" ilə oyun üçün La Liqadan futbolçu gətirdilər

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Macarıstan təmsilçisi "Real Sosyedad"ın futbolçusu Peter Pokornini transfer edib. 21 yaşlı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında "Fehervar"da keçirəcək.

Peter Pokorni "Real Sosyedad"a 2021-ci ilin yayında "Zaltsburq"dan transfer olunub. Slovakiyalı futbolçu son mövsümdə La Liqa təmsilçisinin B komandasının heyətində 24 matçda meydana çıxıb.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk oyunu 21 iyul tarixində səfərdə keçirəcək. Bu komandalar arasında cavab görüşü isə iyulun 28-də Qəbələdə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right