"Qəbələ"nin müdafiəçisi Ruan Renato İnstaqram hesabında yeni mövsümlə bağlı paylaşım edib.
Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu yazıb: "Daha bir mövsüm başlayır. Azərbaycan futbolunda bir çox ənənəsi olan bu köynəyi daha bir il geyinməkdən çox xoşbəxt və motivasiyalıyam.
Daha bir möhtəşəm mövsümün keçirilməsinin böyük məsuliyyəti ilə burada mübarizənin, əzmin və əməyin əskik olmayacağına dair söz verirəm. Daha bir möhtəşəm mövsüm üçün irəli "Qəbələ".
Qeyd edək ki, "Qəbələ" bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək.
