Konfrans Liqası: "Zirə" və "Qəbələ"nin ilk oyununun hakim təyinatları açıqlandı

"Zirə" və "Qəbələ"nin də Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları üçün təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, "Qəbələ"nin Macarıstanda "Fehervar"a qarşı keçirəcəyi görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Kaspar Syöberqə Maks Robin Vild və Andreas Svensson kömək edəcək. Dördüncü hakim isə Qranit Maqedonçidi.

"Zirə"nin Bakıda "Makkabi"yə (Tel-Əviv) qarşı keçirəcəyi matç isə İrlandiyadan olan referilərə tapşırılıb. Baş hakim Rob Hennessidi. Ona yan xətt hakimləri Emmett Dinan və Dermot Broqto kömək edəcək. Dördüncü hakim isə Oliver Morandı.

Hər iki matç iyulun 21-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right