"Zirə"nin rəqibi "Seltik"dən ayrılan yarımmüdafiəçi ilə müqavilə imzaladı

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" (Tel-Əviv) növbəti transferini rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, İsrail təmsilçisi Şotlandiya “Seltik”Nir Bittonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 66 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Zirə" "Makkabi" ilə ilk oyunu iyulun 21-də Bakıda keçiriləcək, cavab matçı isə iyulun 28-də Təl-Əvivdəki baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right