"Zirə"nin rəqibi forvardı ilə yollarını ayırdı

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" (Təl-Əviv, İsrail) Tal Ben Haimlə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı hücumçu ilə müqavilə müddəti uzadılmayıb.

İsrail millisinin forvardı "Makkabi"nin heyətində 244 oyuna çıxıb 52 qol vurub, 28 assist edib. 

​"Zirə" "Makkabi" ilə ilk oyununu iyulun 21-də Bakıda keçirəcək. Cavab matçı 28-də İsraildə olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right