"Fehervar"ın baş məşqçisi: "İlk hədəfimiz "Qəbələ"ni keçməkdi"

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar"ın baş məşqçisi Mixael Boris müsahibə verib.

Newsport.az-ın məlumatına görə, Macarıstan mətbuatına danışan 47 yaşlı mütəxəssis Azərbaycan təmsilçisi ilə keçirəcəkləri oyunlar haqda da danışıb. Baş məşqçi qalib gələ biləcəklərini deyib:

"İlk hədəfimiz Azərbaycan təmsilçisini keçməkdir. Hələ ki, bundan uzağa baxmağa dəyməz. “Qəbələ”ni məğlub edənə qədər, növbəti mərhələdəki komandaların keyfiyyətindən danışmaq ayıbdı.

Məcburi sözü futbolda getdikcə əhəmiyyətini itirir. İngiltərə öz meydanında Macarıstanı məğlub etməli deyildimi? Oyunlara ciddi hazırlaşırıq. İyul ayındakı matça kimi nümayəndələrimizdən biri rəqibi izləyəcək ki, bacardıqca yaxşı hazırlaşaq. Komanda şəklində futbol oynasaq və heyətə xas olan keyfiyyəti göstərə bilsək, qalib gələcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right