"Qəbələ" sabah Türkiyəyə gedir

Avropa Konfrans Liqasında mübarizə aparacaq "Qəbələ" hazırlıq prosesinin ilk mərhələsini başa vurub.

Newsport.az-ın məlumatına görə, əyalət təmsilçisisi təlim-məşq toplanışının birinci mərhələsini doğma şəhərdə keçirib.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv yeni mövsümə hazırlığın ikinci hissəsini isə Türkiyədə keçirəcək. Komanda sabah qonşu ölkənin Bolu şəhərinə yola düşəcək.

"Qəbələ" Türkiyədə iki yoxlama oyunu keçirməyi planlaşdırıb. "Qırmızı-qaralar" iyulun 5-də yerli “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right