"Qəbələ"nin cavab matçının hakimləri məlum oldu

"Qəbələ"nin Avropa Konfrans Liqası II təsnifat mərhələsinin "Fehervar"la cavab oyununa hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, 28 iyul tarixində saat 20:00-da Qəbələ Şəhər Stadionunda keçiriləcək qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Kristofer Yaeger olacaq. Ona yan xətt hakimləri Robert Staynaxer və Santino Şrayner kömək edəcək. Dördüncü hakim funksiyasını isə Markus Hameter yerinə yetirəcək.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 21-də Macarıstanda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right