İyunun 13-dən təlim-məşq toplanışına start verən "Zirə" hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yola düşüb.
Newsport.az-ın məlumatına görə, komanda bu gün Boluya yollanıb. "Vonresort" otelində məskunlaşacaq qəsəbə klubu qonşu ölkədə iki yoxlama oyunu keçirəcək. Rəqiblərdən biri Rumıniyanın "Hermannştadt" klubu olacaq, digəri hələlik bəlli deyil.
İyulun 7-də Bakıya dönəcək "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Təl-Əviv "Makkabi"si ilə oyunlara son hazırlıq mərhələsini burada keçirəcək.