"Konfrans Liqası "Qəbələ" və mənim üçün vacib yarışdı" Rafael Alemao

"Qəbələ"nin braziliyalı futbolçusu Rafael Alemao Braziliya mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, braziliyalı bölgə klubunun Konfrans Liqasının təsnifat mərhələsində "Fehervar"a qarşı keçirəcəyi oyunlardakı şanslarını dəyərləndirib:

"Konfrans Liqası "Qəbələ" və mənim üçün vacib yarışdı. Mövsümü əla keçirmək üçün yüksək motivasiyaya sahibəm. Hər bir futbolçu avrokuboklarda oynamağı gözləyir və bu, mənim üçün də xüsusi olacaq. "Qəbələ"də özümü evdəki kimi hiss edirəm. Əməkdaşlığımız daha üç il uzadıldı. Bəzi məqamlarda razılaşdıq, hər şey həll olundu və komandada qalmaq qərarına gəldim. Çox böyük gözləntilərim var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right