UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" (Tel-Əviv) bir futbolçusu ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, Tel-Əviv klubu Matan Baltaxa ilə yola davam etməyib.
26 yaşlı müdafiəçi ilə müqavilə müddəti uzadılmayıb.
Matan karyerasını Avstriyanın "Austria" klubunda davam etdirəcək.
"Zirə" "Makkabi" ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab matçını isə 28-də İsraildə keçirəcək.