"Aris"in prezidenti: "Neftçi" titullara malik çətin komandadır"

"Belə bir komanda ilə üz-üzə gəlmək görünməmiş hissdir. Rəqib bir neçə titulu olan çox çətin komandadır".

Newsport.az-in məlumatına görə, bunu "Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Kiprin "Aris" klubunun prezidenti Lisandros Lisandrou püşkü dəyərləndirərkən deyib.

Funksioner sonadək mübarizə aparacaqlarını bildirib: "Məqsədimiz növbəti mərhələyə çıxmaqdır".

Afanasiu "ağ-qaralar"la oyunadək bir neçə futbolçu transfer edəcəklərini söyləyib: "Heyətin komplektləşdirilməsi bitməyib. Bir neçə oyunçunun yolunu gözləyirik. Komandamızdan gedənlər oldu. Hücumçular, müdafiəçi və yarımmüdafiəçi almaq istəyirik".

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right