"Fehervar"ın idman direktorundan püşkə münasibət

"Yadımdadır, 2016-cı ilin yayında “Qəbələ” Avropa Liqasının təsnifat mərhələsində MTK-nı məğlub edib, evdə də qələbə qazadı. Sonra onlar "Lill" və "Maribor"u da keçərək qrup mərhələsinə yollandılar. Ümumiyyətlə, Azərbaycan klubları hər zaman digərləri ilə yanaşı, braziliyalı futbolçulara üstünlük verməsi ilə seçilib və hazırda “Qəbələ”nin heyətində bir neçə yüksək səviyyəli legioner var". 

Newsport.az xəbər verir ki, bu sözləri  Macarıstan "Fehervar"ının idman direktoru İştvan Saploy Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ" ilə düşmələrinə münasibət bildirərkən klubun saytına deyib.

"Biz komandanı ilk oyuna uyğun vəziyyətə gətirmək üçün çox erkən hazırlaşmağa başladıq və təbii ki, məqsədimiz növbəti mərhələyə yüksəlməkdir" - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right