Bu gün Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Newsport.az xəbər verir ki, "Neftçi", "Zirə" və "Qəbələ"nin də mümkün rəqibləri bəlli olub.
"Neftçi" "Aris"lə qarşılaşacaq. "Zirə"nin bəxtinə isə "Makkabi"(Tel-Əviv) çıxıb. "Qəbələ" isə "Fehervar"la üz-üzə gələcək.
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda keçiriləcək.