“Ən yüksək reytinqə malik “Qarabağ” bizə rəqib oldu”

“Doqquzqat Azərbaycan çempionu, yeddi dəfə ölkə kubokunun qalibi püşkatmanın üçüncü qrup səbəbində ən yüksək reytinqə malik komanda idi ki, o da bizə rəqib oldu”. 

Newsport.az-ın xəbərinə görə, bu sözlər Polşa çempionu “Lex”in saytında dərc olunmuş yazıdan götürülüb. Bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən, “Lex” Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olub.

Yazıda bildirilir ki, “heç şübhəsiz, “Lex”in qarşısında çətin vəzifə durur: “Axı, komandanı Avropa meydanlarında təcrübəsi olan rəqiblə oyun gözləyir. Onlar demək olar ki, hər il qrup mərhələsində çıxış edirlər. Ötən mövsüm komanda Konfrans Liqasının H qrupundan ikinci yeri tutmuşdu. Yalnız “Bazel” qrupda “Qarabağ”dan güclü oldu. Pley-offda isə Azərbaycan təmsilçisi “Olimpik Marsel”ə uduzaraq mübarizəni dayandırdı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right