UEFA "Qarabağ"ın Bakıdakı oyununu fərqləndirdi

UEFA Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, "10-luq"da "Qarabağ"ın Kipr "Omoniya"sına qarşı Bakıda keçirdiyi V tur matçı da yer alıb.

UEFA qarşılaşmanın 88-ci dəqiqəsində Patrik Andradenin "köhlən atlar"ı hesabda önə keçirdiyini, lakin 90-cı dəqiqədə Jordi Qomesin uzaq məsafədən fərqlənərək rəqib qapıçını təəccübləndirdiyini yazıb.

"Qarabağ" - "Omoniya" matçı 2:2 hesabıyla başa çatıb. "Atlılar" qrup mərhələsini 2-ci sırada bitirərək pley-offa vəsiqə qazanıb. "Qarabağ" bu raundda "Marsel" səddini aşa bilməyib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right