“Qarabağ”ın zədəli futbolçusu 225 gün sonra matça çıxdı

“Qarabağ”ın zədəsini sağaldan yarımmüdafiəçisi Xayme Romero 225 gün sonra yenidən əsas komandanın heyətində matça çıxıb.

Newsport.az-ın məlumatına görə, ispaniyalı futbolçu bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan “Qəbələ” ilə görüşün ikinci hissəsində meydana buraxılıb.

Xatırladaq ki, Xayme Romero ötən ilin sentyabrında Konfrans Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda İsveçrə “Bazel”inə qarşı oyunda (0:0) zədələnmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right