Avroliqada Kamada, Konfrans Liqasında Dessers ən yaxşı seçildi

Futbol üzrə Avropa Liqasında və Konfrans Liqasında yarımfinalın ilk matçlarından sonra həftənin ən yaxşı oyunçuları müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına Almaniyanın “Ayntraxt” komandasının yarımmüdafiəçisi Daiti Kamada layiq görülüb. Frankfurt təmsilçisinin Yaponiyadan olan 25 yaşlı futbolçusu İngiltərənin “Vest Hem” komandasına səfərdə 2:1 hesabıyla qalib gəldikləri matçda bir qola imza atıb.

Avroliqada həftənin ən yaxşısı adına Almaniyanın “Leypsiq” klubundan Anxelinyo ilə Marsel Halstenberq, həmçinin “Ayntraxt”ın daha bir futbolçusu Cibril Sou da namizəd idi.

Konfrans Liqasında isə Niderland “Feyenoord”unun forvardı Siril Dessers ən yaxşı seçilib. O, doğma meydanda Marsel “Olimpik”inə (Fransa) 3:2 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb. Belçikadan olan 27 yaşlı futbolçu ilə yanaşı, həftənin ən yaxşısı adına komanda yoldaşı Kon Luis Sinisterra, İtaliya “Roma”sından Lorentso Pelleqrini və İngiltərənin “Lester Siti” klubundan Ademalo Lukman da namizəd idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right