Konfrans Liqası: yarımfinalçılar məlum oldu

Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Newsport.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.

İtaliya "Roma"sı doğma meydanda Norveç "Budyo Qlimt"i qəbul edib. İlk oyunda 1:2 hesbaı ilə uduzan "canavarlar" doğma azakrşləri qarşısında 4 cavabsız qolla qalib gəlməklə yarımfinal adlayıb.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i Yunanıstanda PAOK-la üz-üzə gəlib. Evdə 2:1 qalib gələn Fransa klubu səfər matçında da qalib gələrək mərhələ adlayıb.

"Lester" PSV, "Feyenord" Slaviya ilə dueldən qalib ayrılıb.

UEFA Konfrans Liqası
1/4 final, cavab oyunları

14 aprel

PSV (Niderland) - "Lester" (İngiltərə) - 1:2
Qollar:
 Zahavi, 27 - Meddison, 77, R.Pereyra, 88
İlk oyun - 0:0

"Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland) - 1:3
Qollar:
 İ.Traore, 14 - Dessers, 2, 59, Sinisterra, 78
İlk oyun - 3:3

PAOK (Yunanıstan) - "Marsel" (Fransa) - 0:1
Qol: 
Payet, 34
İlk oyun - 1:2

"Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) - 4:0
Qollar:
 Abraham, 5, Zaniolo, 23, 29, 49
İlk oyun - 1:2.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right