Konfrans Liqasında yarımfinalçılar müəyyənləşir

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Newsport.az xəbər verir ki, bütün cavab oyunları eyni gündə keçiriləcək və bütün yarımfinalçıların adına aydınlıq gələcək. 

"Lester" ilk görüşdə 0:0 hesablı heç-heçə etdiyi PSV-nin qonağı olacaq.  "Feyenoord" "Slaviya" ilə səfərdə qarşılaşacaq (İlk oyun - 3:3). Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" PAOK-la Yunanıstanda üz-üzə gələcək. İlk görüş "Marsel"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Roma" evdə "Budyo Qlimt"lə qarşılaşacaq (İlk matç - 1:2).

UEFA Konfrans Liqası, 1/4 final

Cavab oyunları

 

14 aprel

20:45. PSV (Niderland) - "Lester" (İngiltərə)

İlk oyun - 0:0

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland)

İlk oyun - 3:3

23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa)

İlk oyun - 1:2

23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç)

İlk oyun - 1:2.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right