UEFA "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu 50 yaşının tamam olması münasibəti ilə təbrik edib.
Newsport.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi Tvitter hesabında paylaşım olunub. UEFA "Qarabağ"ın bu mövsüm Konfrans Liqasındakı çıxışından hazırlanan videonu izləyicilərlə bölüşüb. Qurum paylaşımı belə şərh edib: "Qarabağ" uzunmüddətli baş məşqçisi, Azərbaycan futbolunun yaşayan əfsanəsi Qurban Qurbanovun 50 yaşı tamam olur".
