Konfrans Liqası: “Roma”nın 1/4-dəki rəqibi bəlli oldu

UEFA Konfrans Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/4 finalda Yunanıstan PAOK-u ilə qarşılaşacaq.

Tədbirdə eyni zamanda final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma olub.

1/4 final

1."Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)

2. "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya)

3. "Marsel" (Fransa) - PAOK (Yunanıstan)

4. "Lester" (İngiltərə) - PSV (Niderland)

Yarımfinal
 1. 4-cü cütün qalibi - 1-ci cütün qalibi
2. 2-ci cütün qalibi - 3-cü cütün qalibi

 

Final
 1-ci yarımfinal cütünün qalibi - 2-ci yarımfinal cütünün qalibi

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal görüşləri aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada  keçiriləcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right