Avropa Liqası və Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib

UEFA Avropa Liqası və Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Newsport.az-in məlumatına görə, bu, 1/8 final mərhələsinin cavab görüşlərindən sonra bəlli olub.

Avropa Liqasında Tomaş Souçek ("Vest Hem", İngiltərə), Pedri ("Barselona", İspaniya), Merih Demiral ("Atalanta", İtaliya), Abel Ruis ("Braqa", Portuqaliya), Konfrans Liqasında isə Eran Zahavi (PSV, Niderland), Valenten Ronjyo ("Marsel", Fransa), Vangelis Pavlidis (AZ, Niderland) və Filipp Vizinger (LASK, Avstriya) "4-lüy"ə daxil olub.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right