Konfrans Liqasının püşkü atılır

Bu gün Konfrans Liqasında 1/4 və 1/2 mərhələlərinin püşkatma mərasimi keçiriləcək.

Newsport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməyəcək. Həmçinin növbəti raundlarda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər.

Eyni zamanda mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma olacaq.

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.

UEFA Konfrans Liqası

 

1/4 final

"Marsel" (Fransa)

"Lester" (İngiltərə)

PSV (Niderland)

"Budyo Qlimt" (Norveç)

PAOK (Yunanıstan)

"Slaviya" Praqa (Çexiya)

"Roma" (İtaliya)

"Feyenoord" (Niderland)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right