Qurban Qurbanovun feyr-pley nümunəsi UEFA-nın iclasında gündəliyə daxil edildi

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.

 

Newsport.az xəbər verir ki, iclas videokonfrans formatında təşkil olunub. UEFA Avropa Konfrans Liqasında fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda qeydə alınmış feyr-pley hadisəsi AFFA-nın icraçı vitse-prezidenti, müvafiq komitənin sədri Elxan Məmmədovun təklifi ilə iclasın gündəliyinə daxil olunub və məsələ barədə fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right