Maksim Medvedev Azərbaycan rekordçusu oldu

“Qarabağ”ın kapitanı Maksim Medvedev UEFA-nın klub turnirlərində ən çox oyun keçirən azərbaycanlı futbolçu adına sahib olub.

Newsport.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Medvedev bu rekorda Avropa Konfrans Liqasının pley-off mərhələsində Marsel “Olimpik”i (Fransa) ilə cavab oyununda imza atıb. O, avrokuboklarda 114-cü dəfə meydana çıxıb.

Təcrübəli futbolçu indiyə qədər UEFA Çempionlar Liqasında 35, Avropa Liqasında 66, Konfrans Liqasında isə 13 matça çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right