"Qarabağ"ın 2 futbolçusu ən yaxşılar sırasında

“Qarabağ”ın müdafiəçisi Kevin Medina Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarında ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında yer alıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı kolumbiyalı müdafiəçi "Marsel"ə (Fransa) 0:3 hesabı ilə uduzduqları qarşılaşmada 73 ötürməsi dəqiq alınıb.

Kevin Medina bu nominasiyada üçüncü olub. O, Şotlandiya “Seltik”ində çıxış edən Stiven Uelş (83) və onun komanda yoldaşı Karl Starfeltdən (97) geri qalıb.

"Qarabağ"ın digər legioneri Abdullah Zubir cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridi. 31 yaşlı yarımmüdafiəçinin Fransa klubu ilə matçdakı cəhdlərinin 3-ü dəqiq alınıb. Birinci pillədə Çexiyanın “Slaviya” (Praqa) komandasından Srcan Plavşiç qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right