"Dedi ki, etiraf etməsən, Allah səni cəzalandıracaq" - Vadji

"Genduzi mənə dedi ki, müsəlmansan, həqiqəti deməsən, Allah səni cəzalandıracaq".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu  İbrahima Vadji Konfrans Liqasının pley-offunda "Marsel"ə 0:3 hesabı ilə uduzduqları oyunda əli ilə qol vurduqdan sonra qonaqların yarımmüdafiəçisi Matteo Genduzi ilə aralarındakı insident barədə danışarkən deyib.

"Komandamıza qələbə lazım idi. Əllə qol vursam da, öncə ümumi uğurumuz naminə referiyə bildirmədim. "Marsel"in futbolçuları qolu əlimlə vurduğumu söylədikdən sonra mənə təşəkkür etdilər" - deyə o bildirib.

Vadji Qurban Qurbanovun feyr-pley hərəkəti barədə isə bunları söyləyib: "O, ciddi insandır. Yalan danışmağı sevmir. Mənim üçün də ağır idi. Çünki topa əlimlə toxunmuşdum. Bunu kapitanıma və komanda yoldaşlarıma dedim. Baş məşqçi bildirdi ki, biz əllə qol vurmalı deyilik, məsuliyyəti öz üzərinə götürməlisən. Ona görə də hakimlə danışmağa getdim. Nəticədə referi qolu ləğv etdi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right