Leroy Corc "Qarabağ"ın "Marsel"lə matç üçün şanslarını dəyərləndirdi

“Qarabağ”ın sabiq futbolçusu Leroy Corc Sportal.az saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 2013-cü ildə “Neymegen”dən “Qarabağ”a keçmiş niderlandlı futbolçu Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsində qarşılaşacağı “Marsel”lə oyundakı şanslarını dəyərləndirib. Hazırda Niderlandda “De Treffers”də oynayan 34 yaşlı futbolçu bunları deyib:

​“Qarabağ”ın Marseldəki oyununu gördüm. Həqiqətən də çox yaxşı oyun alındı və “Qarabağ” layuqli futbol nümayiş etdirdi. “Qarabağ”ın “Marsel” qarşısında şansı varmı? Əlbəttə ki, var. Ümid edirəm ki, hər şey onlar üçün yaxşı alınacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right