"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı Yenilənib

Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Marsel”lə (Fransa) cavab oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, ilk oyunda “Marsel”ə 1:3 hesabı ilə uduzan “köhlən atlar” cavab qarşılaşmasında qələbə qazanmağa çalışıb. Lakin bu dəfə də uduzan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb.

“Qarabağ” tarixində ilk dəfə olaraq avrokuboklarda qrupdan çıxaraq, pley-off mərhələsində mübarizə aparırdı. Bu, Azərbaycan futbolu tarixində də ilkdir.

 

24 fevral

Konfrans Liqası

1/16 finalın cavab oyunu

21:45. “Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa) 0-3

Qol: Pape Qeye, 13, Matteo Qenduzi, 77, Konrad De La Fuente, 90+2
Baş hakim: Bartoş Frankovski (Polşa)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:3





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right