"Marsel"in baş məşqçisi: "Qarabağ"la oyun fərqli təcrübə olacaq"

"Bu oyun hər kəs üçün fərqli təcrübə olacaq".

Newsport.az-in "Ledauphine" nəşrinə istinadən məlumatına görə, Fransanın "Marsel" klubunun baş məşqçisi Xorxe Sampaoli Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.

62 yaşlı mütəxəssis oyunlar arasında vaxt azlığının ən böyük çətinlik olduğunu bildirib: "Bu görüşə hazır olmalıyıq. Vaxt azlığı səbəbindən hər təfərrüat nəzərə alınacaq".

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right