“Qarabağ” - “Marsel”: açıq məşq və mətbuat konfranslarının vaxtı bilindi

Futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la Marsel “Olimpik”i (Fransa) arasında keçiriləcək cavab oyunundan öncə baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib. Newsport.az xəbər verir ki, hər iki tədbir fevralın 23-də keçiriləcək.
 
Saat 12:30-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı start götürəcək. 17:30-da isə “Azersun Arena”da “Qarabağ”ın açıq məşqi (ilk 15 dəqiqə) başlayacaq.
 
Marsel təmsilçisinin baş məşqçisi Xorxe Sampaolinin mətbuat konfransı saat 18:30-da başlayacaq. Bundan yarım saat sonra isə Fransa komandasının açıq məşqinə (ilk 15 dəqiqəsi) start veriləcək. Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right