"Qarabağ"ın futbolçusu Musa Qurbanlı Konfrans Liqasının pley-off mərhələsində "Marsel"ə uduzduqları ilk matçı şərh edib.
Newsport.az-ın məlumatına görə, 20 yaşlı hücumçu bu barədə öz İnstaqram hesabında paylaşım edib. O, istədikləri nəticəni qazana bilmədiklərini yazıb:
"İstədiyimiz nəticəni əldə edə bilmədik. Amma sona qədər döyüşəcəyik".
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə 1:3 hesabıyla uduzub. Komandalar arasındakı cavab matçı fevralın 24-də Bakıda olacaq.